Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » “YouTube” internetsiz də işləyəcək

“YouTube” internetsiz də işləyəcək

AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, dünyanın ən böyük video platforması “YouTube”da videolar artıq offlayn olaraq da izlənilə biləcək.
Google sahibi olduğu məşhur video platforması YouTube qarşıdakı həftələrdə istifadəçilərinə böyük bir jest edəcək. Onlar artıq videoları internetə bağlı olmadıqlarından belə izləyə biləcək. İlk etapda Hindistanda tətbiqə qoyulacaq olan YouTube-un yeni xüsusiyyətinin Google-un ən ucuz telefonu “Android One”ın ölkədə satışa təqdim olunmasının ardından gəlməsi isə diqqətlərdən qaçmadı.
“YouTube”un əməkdaşlarından olan Ceasar Sengupta, mövzuyla əlaqədar etdiyi şərhdə bir neçə həftə içində YouTube videolarının offlayn olaraq da izlənə biləcəyini, videoların həm telefona, həm də planşet və ya kompüterə yüklənə biləcəyini qeyd edib. “YouTube”da yerləşdirilən reklamların offlayn rejimdə necə görünəcəyi barədə dəqiq məlumat verilməyib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*