Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » “Bitcoin”ə bənzər yeni virtual valyutanın təqdimatı oldu
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

“Bitcoin”ə bənzər yeni virtual valyutanın təqdimatı oldu

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_internet resmiAgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, Beynəlxalq Valyuta Fondu yeni “Dot Money” virtual valyutasını təqdim edib.

“Dot Money” virtual valyuta olmaqla “Bitcoin” rəqəmli pulunda tətbiq olunan oxşar texnologiyadan istifadə edir.

“Payspacemagazine” resursu xəbər verir ki, yeni kriptovalyuta dünya iqtisadiyyatını sabitləşdirməyə kömək etmək, insanları və ölkələri yerli valyutaların devalvasiyasından qorumaq məqsədilə hazırlanıb. “Dot Money”dən dünyanın hər yerində internetə məcburi qoşulmadan istifadə etmək mümkün olacaq.

“Bitcoin” valyutasından fərqli olaraq “Dot Money” hökumət, hüquq-mühafizə orqanları, bank və maliyyə müəssisələri ilə əməkdaşlıq edərək fəaliyyət göstərəcək mərkəzi inzibatçıya malikdir.

Ekspertlərin fikrincə, kriptovalyutalar ənənəvi bank sisteminin gəlirləri üçün təhlükə yaratmaqda davam edir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*