Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Ümumi » 2019-cu ildə “ASAN Xidmət” mərkəzlərinin istifadəyə veriləcəyi rayonların adları açıqlandı…

2019-cu ildə “ASAN Xidmət” mərkəzlərinin istifadəyə veriləcəyi rayonların adları açıqlandı…

Gələn il Azərbaycanda “ASAN Xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq. AgahMedia.Com informasiya portalının məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, hazırda ölkədə 15 “ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir. “Gələn il isə Azərbaycan vətəndaşlarına 5-i Bakıda olmaqla 20 mərkəz xidmət göstərəcək. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan 5 yeni mərkəz Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı, Balakən rayonlarında olacaq. Bu 5 mərkəzin hər birinin tikintisi artıq başlayıb.”

“ASAN Xidmət” yetkilisi onu da qeyd edib ki, hazırda, mərkəzlərdə 11 dövlət qurumu, həmçinin, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmətlər göstərilir.

Qeyd edək ki, hazırda mövcud olan 15 “ASAN Xidmət” mərkəzindən 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN Xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*