Home » Şou biznes və Mədəniyyət, Ümumi » Yaxın günlərdə İctimai TV-də “Eurovision-2012″nin Milli seçim şousu başlayacaq

Yaxın günlərdə İctimai TV-də “Eurovision-2012″nin Milli seçim şousu başlayacaq

AgahMedia.Com informasiya portalının İctimai TV -yə istinadən məlumatına görə,Azərbaycanı “Eurovision Mahnı Müsabiqəsi-2012″də təmsil etmək üçün qeydə alınan 119 nəfərdən 72-si Milli seçim turunda iştirak hüququ qazanıb. İctimai Televiziyada ilkin dinləmələrdən keçən 72 nəfərlə görüş keçirilib və hər bir iştirakçının çıxış edəcəyi həftəni müəyyənləşdirmək məqsədilə püşkatma olub.
72 iştirakçı hər biri 9 nəfərdən ibarət 8 qrupa bölünüb. İştirakçılar 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində çıxış edəcək.
Milli seçim şousu həftə ərzində 5 gün axşam saat 21:00-da yayımlanacaq. İştirakçılar həftə içi hər gün səs imkanları və səhnə performanslarını göstərəcəklər. Seçim qaydaları ötən il olduğu kimi aparılır. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunacaq. 8 həftənin qalibləri növbəti mərhələyə-yarımfinala vəsiqə qazanacaq. Finala keçmiş 3 nəfər iştirakçı isə Azərbaycanı “Eurovision Mahnı Müsabiqəsi 2012” də təmsil etmək uğrunda yarışacaq.

Qeyd edək ki, Milli seçim turunda digər ölkə vətəndaşı olan 3 nəfər də iştirak hüququ qazanıb. Onların 3-ü də ABŞ vətəndaşlarıdır. Əcnəbi iştirakçılardan bir nəfər solo, digər iki nəfər isə duet olaraq çıxış edir.
Xatırladaq ki, “Eurovision Mahnı Müsabiqəsi-2012” mayın 22, 24 və 26-da keçiriləcək.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*