Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Yaxın günlərdə “Azercell”ə 4G lisenziyası veriləcək

Yaxın günlərdə “Azercell”ə 4G lisenziyası veriləcək

Yaxın vaxtlarda “Azercell” şirkətinə 4G xidmətlərinin göstərilməsi üçün lisenziya veriləcək. AgahMedia.Com portalının “Səs” informasiya agentliyinə istinadən məlumatına görə, bunu Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov açıqlamasında bildirib. Nazirin sözlərinə görə, “Azercell” artıq Bakı şəhərində 4G xidmətlərini göstərməyə hazırdır və nazirlik tərəfindən şirkətə lisenziya verilməsi prosesi başa çatmaq üzrədir: “Yəqin ki, “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində “Azercell”ə 4G lisenziyası veriləcək”.
Nazir onu da qeyd edib ki, 4G lisenziyası almaq üçün müraciət edən digər operatorlar da lisenziya almaq ərəfəsindədir: “Onlar da bu xidmətləri göstərmək üçün hazır olmalıdır”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*