Home » Maraqlı, Sosial, Ümumi » Xoşbəxtliyin sirri…

Xoşbəxtliyin sirri…

Yeni zelandiyalı alimlər 30 illik axtarışlardan sonra xoşbəxt həyatın sirrini aça bilmişlər. AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, Danidine şəhərindəki universitetin tədqiqatçıları xoşbəxtliyin sirrinin uşaqlıq dövründə gizləndiyini müəyyənləşdirmişlər. Yeni Zelandiya alimləri xoşbəxtlik məfhumuna dünya ilə harmoniya hissini, stresslə mübarizədə müsbət strategiyanı, cəmiyyətlə müvəffəqiyyətli qarşılıqlı əlaqəni və özünü qiymətləndirmənin bərabərliyini aid etmişlər.
800-dən çox insanın iştirak etdiyi tədqiqatlarda alimlər təcrübədə iştirak edənlərin həmyaşıdları, ailə üzvləri ilə münasibətlərinə, təhsildə uğurlarına diqqət yetirmişlər. Bundan sonra insanın yaşlı vaxtında nə qədər xoşbəxt olduğu qənaətinə gəlinmişdir.
Mütəxəssislər belə nəticəyə gəlmişlər ki, xoşbəxtliyə aparan yol uşaqlıq dövründə insanın dostları və ailəsi ilə münasibətindən keçir. Yalnız uşaqlıq və yeniyetməlik dövründəki müsbət sosial qarşılıqlı təsir onlara daha xoşbəxt böyümək və həyatdan razı olmaq imkanı yaradır. Təhsildəki uğurlar təəssüf ki, bu istiqamətdə kömək etmir.
Tədqiqatlara əsaslanaraq alimlər valideynlərə uşağın təhsildəki uğurlarına deyil, onun ətrafdakı insanlarla ünsiyyət imkanlarına diqqət yetirməyi tövsiyə etmişlər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*