Home » Beynəlxalq, Diaspora, Şou biznes və Mədəniyyət, Ümumi » XIII Türk Boyları Mədəniyyət Festivalı başladı
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

XIII Türk Boyları Mədəniyyət Festivalı başladı

Türkiyənin Yalova şəhərində Yalova Folklor Təhsil Mərkəzinin təşkilatçılığı ilə XIII Türk Boyları Mədəniyyət Festivalı başlayıb.

AgahMedia.Com portalının “AzərTac”-a istinadən məlumatına görə, Festivalda Azərbaycandan folklor qrupu və rəssamlar da iştirak edirlər.
Festivalın açılış mərasimindən əvvəl Azərbaycan, Qazaxıstan, Şimali Kipr, Rumıniya, Makedoniya, Bolqarıstan, Ukraynanın Krım vilayəti, Rusiya Federasiyasının Çeçenistan və Tatarıstan respublikalarından gəlmiş folklor qrupları mıənsub olduqları ölkələrin dövlət bayraqları ilə şəhərin mərkəzi meydanından keçiblər.Yalovanın Barış Manço adına teatrında keçirilmiş açılış mərasimində çıxış edən Türkiyənin Dövlət naziri Faruk Çelik müxtəlif ölkələrdən 20 rəqs qrupu və 500 incəsənət xadiminin iştirak etdiyi bu festivalı türk toplumlarının yaxınlaşması və türk mədəni irsinin qorunması yolunda mühüm addım adlandırıblar.Azərbaycandan gəlmiş rəqs qrupunun üzvləri Faruk Çelikə xatirə hədiyyəsi təqdim ediblər. Dövlət naziri də onlara hədiyyələr verib.Şeir məclisləri, rəssamların əsərlərindən ibarət sərgi və simpoziumun da keçiriləcəyi festival iyulun 21-dək davam edəcək.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*