Home » Beynəlxalq, Siyasət, Ümumi » Xarici İşlər Nazirliyi bəyanat yaydı


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Xarici İşlər Nazirliyi bəyanat yaydı

Xarici İşlər Nazirliyi işğal olunan Dağlıq Qarabağda ermənilərin mayın 23-də keçirmək istədikləri qondarma parlament seçkiləri haqda bəyanat yayıb.
 AgahMedia.Com portalının “Mediaforum”-a istinadən məlumatına görə, bəyanatda deyilir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış separatçı rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş qanunsuz qurumdan başqa bir şey deyil: “Qondarma “seçkilər” Ermənistanın anneksiya siyasətini ört-basdır etmək məqsədilə keçirilir və Azərbaycanın ərazilərinin davam etməkdə olan işğalının nəticələrinin möhkəmləndirilməsinə yönəlib. Bu kimi “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyasının müvafiq müddəalarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur, çünki Dağlıq Qarabağın əzəli azərbaycanlı əhalisi olmadan aparılır və beləliklə, heç bir hüquqi qüvvəyə malik deyil.Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən hər hansı seçkilər yalnız o vaxt ədalətli və azad qiymətləndirilə bilər ki, oradan qovulmuş azərbaycanlı əhali həmin seçkilərin keçirilməsində bütünlüklə, birbaşa və bərabər şəkildə bölgənin erməni əhalisi ilə bərabər qanuni və demokratik seçkilərdə iştirak etsinlər. Bu cür seçkilərin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, bölgədə həyatın normallaşdırılması, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpası üçün zəruri şəraitin yaradılmasından sonra mümkün olacaq”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*