Home » Şou biznes və Mədəniyyət, Ümumi » Xanəndə Qoçaq Əsgərovun ifası Fransada birinci oldu

Xanəndə Qoçaq Əsgərovun ifası Fransada birinci oldu

Xanəndə Qoçaq Əsgərovun bu ilin mayında İtaliyanın “Filmay” musiqi şirkəti tərəfindən buraxılan diski sürətlə müxtəlif ölkələrə yayılır. YUNESKO-nun eksperti, layihənin təşəbbüskarlarından olan AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Fransada bir qrup musiqiçinin rəyi əsasında sözügedən disk 2010-cu ilin ən yaxşı toplusu adını qazanıb. İfaçının digər uğurunun sorağı Almaniyadan gəlib. Belə ki, disk barəsində rəy bildirən bir neçə mütəxəssis Azərbaycan musiqisinin dünya miqyasında tanıdılmasında diskin əhəmiyyətini vurğulayıblar. Onlar “Filmay”in layihəsini dəstəkləyiblər. İngiltərənin mətbuatında isə yazılıb ki, Qoçaq Əsgərovun səs imkanları olduqca genişdir və o, böyük səhnələri fəth etməlidir.
Qeyd edək ki, sözügedən disk artıq onlarla ölkənin radio stansiyasında səslənir. Onu da qeyd edək ki, “Filmay” şirkəti Qoçaq Əsgərovun İtaliya konsertini internetə yükləyərək, böyük dinləyici auditoriyasına təqdim edib.
Diskin satışına gəlincə, xanəndənin meneceri Sənubər xanım bildirib ki,diskin satışı yalnız əcnəbi ölkələrdə nəzərdə tutulub. “ Bizim Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi diskin tirajlanması ilə bağlı müvafiq sənədə imza atıb. Şirkət həmin tirajdan nazirliyə diski hədiyyə edib, yəni burada satışı nəzərdə tutulmayıb. Əgər tələbat satışı üstələyərsə, tirajın artırılması ehtimalı yarana bilər. Qeyd edim ki, İtaliyanın həmin şirkəti diski elektron variantda da satışa çıxarıb”.
Sənubər xanımın sözlərinə görə, “Filmay”in Azərbaycan musiqisinin təbliğatı ilə bağlı layihəsi bununla yekunlaşmır. “Layihə çərçivəsində 6 diskin işıq üzü görməsi planlaşdırılıb. Bunlardan ikisi iki xanəndənin payına düşür. Qalan 4 diskə aşıq havaları, instrumental musiqilər və s. daxil edilib eyni qaydada satışa çıxarılacaq”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*