Home » İdman, Ümumi » “Xəzər Lənkəran” Azərbaycan kubokunun qalibi oldu

“Xəzər Lənkəran” Azərbaycan kubokunun qalibi oldu

NBC Bank Azərbaycan Kubokunun final qarşılaşması keçirilib. “Xəzər Lənkəran” və “İnter” qarşı-qarşıya gəliblər. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, qarşılaşmanı təxminən 20 minə qədər azarkeş izləyib. Maraqlı məqamlardan biri kimi, Türkiyənin yeni çempionu olan “Fənərbaxça” futbol klubunun prezidenti Əziz Yıldırımın da ölkə kubokunun finalını izləyənlər arasında olmasıdır.
Oyunda qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Əlavə təyin edilən vaxtda isə hər şey sürətlə dəyişib. Əlavə olunan 30 dəqiqənin əvvəlində “Xəzər Lənkəran” Uinston Parksın qolu ilə hesabı açsa da, bundan bir neçə dəqiqə sonra Girts Karlson cavab qolu vurub.
Əlavə olunan vaxtda da hesab bərabər olduğundan qarşılaşmanın taleyi penaltilər seriyasında müəyyənləşib. Burada daha yaxşı təsir bağışlayan “Xəzər Lənkəran” futbol klubunun futbolçuları dəqiq zərbələrlə qələbə qazanıblar (4:2) və ölkə kubokuna sahib çıxıblar (3:5).

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*