Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » “Wizz Air” Azərbaycana uçuşları bərpa edir

“Wizz Air” Azərbaycana uçuşları bərpa edir

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Wizz_Air_teyyaresi

Azərbaycan Hava Yolları şirkəti (AZAL) ilə Macarıstanın “Wizz Air” şirkəti razılığa gəlib.

AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov bunu təsdiqləyib.

Onun sözlərinə görə, AZAL “Wizz Air” şirkətinin təkliflərinin 99 faizini qəbul edərək razılıq əldə edib.

Arif Məmmədov həmçinin qeyd edib ki, 3 gün sonra – oktyabrın 27-də “Wizz Air”in rəsmi nümayəndələri Bakıya səfər edəcək və oktyabrın 28-i AZAL və Macarıstan şirkəti arasında rəsmi imzalanma mərasimi baş tutacaq.
“Biz onlara təklif etmişik ki, qış mövsümündə uçuşlar həyata keçirsinlər. Amma onlar mart ayından etibarən Budapeşt reyslərini bərpa edəcəklər. Özü də onların istədiyi güzəştlər əsasında”, – deyə AZAL rəsmisi əlavə edib.

“Wizz Air” şirkəti əvvəllər Azərbaycana uçuşlar həyata keçirib. Bundan başqa, şirkətin reysləri də daha ucuz başa gəlirdi. Lakin bu ilin mart ayında aviaşirkət Azərbaycanda fəaliyyətini qəfil dayandırıb.

Səbəb kimi AZAL-ın inhisarçı siyasəti, biletlərin qiymətinin “AZAL”dan daha ucuz olması göstərilirdi.

Hətta prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin iclasında “AZAL”ın biletlərinin qiyməti haqqında danışıb və bildirib ki, dövlətdən subsidiyalar alan “AZAL”ın təyyarələri də dövlət büdcəsi hesabına alınır. Belə olan halda o, biletlərin qiymətinin baha olmasından narazılıq edib və qiymətin süni şəkildə qaldırıldığını vurğulayıb.
Bundan sonra AZAL biletlərin qiymətlərində dəyişikliklər etmiş, xarici şirkətlərlə əməkdaşlıq üçün müraciət etmişdi. Bu dəyişikliklər çərçivəsində “Wizz Air” şirkətinə də cari ildən mütəmadi reyslərin bərpası üçün 3 il müddətinə xüsusi güzəştli şərtlər təklif edilmişdi.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*