Home » Beynəlxalq, Siyasət, Ümumi » “Wikileaks” sızması ilə bağlı araşdırma keçiriləcək

“Wikileaks” sızması ilə bağlı araşdırma keçiriləcək

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, 250 mindən artıq sənədin açıqlanması ardınca həssas xarakterli informasiyanın saxlanılmasına dair qaydalar nəzərdən keçiriləcək.
Amerikanın Baş Prokuroru Eric Holder qanun pozuntularına yol verənlərə qarşı rəsmi ittihamın irəli sürüləcəyini bildirib. Bazar ertəsi Dövlət katibi Hillary Clinton Türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşdən sonra sənədlərin dərc olunmasını pisləyib.
“Motivlərdən asılı olmayaraq, bu real adamlar üçün təhlükə yaradıb”, – deyib Hilllary Clinton.
Əhməd Davudoğlu öz növbəsində deyib ki, gündəmdə “həmin sənədlərin” müzakirəsi durur. Lakin tərəflər jurnalistlərlə görüşdə təffərrüatlara varmayıblar.
Wikileaks mövzusunun Mərkəzi Asiyada müzakirəsi qaçınmazdır, deyilir AP agentliyinin təhlilində.
Astanada keçən ATƏT sammiti ilə yanaşı bölgə paytaxtlarına baş çəkəcək Hillary Clinton məsələnin müzakirəsinə hazır olmalıdır, deyilir agentliyin təhlilində.
Sizmaları dərc edən bir neçə nəşr arasında nüfuzlu New York Times qəzeti də olub.Yola düşməkdən əvvəl Hilllary Clinton deyib ki, Wikileaks sızması ölkəsinə böyük zərər vuraraq, məxfi danışıqlar haqqını danır ki, bu yalnız diplomatların deyil, həkim, hüquqşünas və digər mütəxəssislərin də ayrılmaz haqqıdır.
Hillary Clinton məlumatların sızmasına məsuliyyət daşıyanlara qarşı sərt addımların atılacağını deyib.
O vurğulayıb ki, hücum yalnız Amerika deyil, “beynəlxalq ictimaiyyətə qarşı edilib”.Amerikanın baş diplomatı deyib ki, sənədlərin açıqlanması dolayısı ilə yaranmış zərəri azaltmağa çalışır, lakin o eyni zamanda mətndə deyilənlərə də diqqət yetirib.
“İddia edilən teleqramlar barədə hekayələri oxuyanlar diqqət versələr belə bir nəticəyə gələ bilərlər ki, İran haqqında yazılan əsaslı fikirlər geniş ictimaiyyət tərəfindən bölüşülür” , – deyib Hillary Clinton.
Onun sözlərinə görə ABŞ eyni fikirdə olan ölkələrlə İran tərəfindən nüvə silahının əldə olunmasını əngəlləməyə çalışacağıq.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*