Home » Beynəlxalq, Siyasət, Ümumi » “Wikileaks” qalmaqalı…

“Wikileaks” qalmaqalı…

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, ABŞ hökuməti Wikileaks vebsaytı tərəfindəndən minlərlə diplomatik yazışma sənədinin açıqlanmasını qətiyyətlə pisləyib.

Açıqlamalar arasında Səudiyyə kralı Abdullanın ABŞ-ı İranın nüvə obyektlərini dağıtmağa çağırışı kimi sarsıdıcı məlumatlar var.
Wikileaks saytının təsisçisi Culian Assanj isə deyib ki, ABŞ rəsmiləri məsuliyyətə cəlb edilməkdən ehtiyat edirlər.
Ağ Ev açıqlamaları “ağılsız” adlandırıb və deyib ki, onlar diplomatların və digərlərinin həyatını təhlükə altına qoyur.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, bir respublikaçı konqresmen hətta Wikileaksin terrorçu təşkilat adlandırılmasına çağırıb.
Bu arada, Pakistanın Xarici İşlər Nazirliyi “həssas rəsmi sənədlərin məsuliyyətsiz açıqlanmasını” pisləyib.
ABŞ-ın Müdafiə Nazirliyi deyir ki, gələcək sızmaların qarşısını almaq üçün kompyuter sistemlərinin mühafizəsini gücləndirəcək.
Wikileaks hələki əldə etdiyi 251 287 mesajın 200-ü dərc etdiyini bildirir. Lakin onların hamısı Nyu York Taymz və Guardian daxil olmaqla beş nəşrə təqdim olunub.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Sızdırılmış teleqrammlarda ABŞ diplomatları olduqları ölkənin dövlət rəsmiləri barədə açıq və qaba fikirləri səsləndirilir.
ABŞ rəsmiləri İtaliyanın baş naziri Silvio Berluskonini özünəvurğun, bacarıqsız, kefcil və Rusiyanın “alfa köpək” baş naziri Putinlər yaxın münasibətlərə malik kimi təsvir edib.
Fransa prezidenti Nikola Sarkozi avtoritar, imperiyasız imperator adlandırılıb. Alman kansleri Angela Merkel isə “yaradıcı olmayan” və “risklərdən qaçan” kimi təsvir olunub.
Əfqanıstan prezidenti Kərzaya istinadən “olduqca zəif” və “paranoik” sözləri işlədilib.
Bu arada, Liviya rəhbəri Müəmmar Qəddafi həmişə səyahətə çıxanda yanında ukraynalı, “böyük formalaya malik” tibb bacısı olur.
Çin hökumətinin kompyuter hakerlərinə dəstək verməsi iddia olunur.
Açıqlamalardakı digər məsələlər:
– İranın Şimali Koreyadan aldığı raketləri uzaqmənzilli etmək cəhdləri.
– Əfqanıstanlı rəsmini üzərində 52 milyon dollar nəğd pulla səyahətə çıxması
– Quantanamo əsir düşərgəsindəki məhbusları başqa ölkələrdə yerləşdirmək üçün xarici dövlətlərə rüşvət və ya Obama ilə görüş vədləri.
– Amerikanın dövlət katibi Hillari Klintonun BMT rəhbərliyi üzərində casusluq etmək göstərişi
– Rusiya hökuməti və mütəşəkkil cinayətkarlıq arasında əlaqə
– Yəməndəki əl-Qaidə üzvlərinin ABŞ raketləri ilə məhv edilməsi, amma bunun Yəmən ordusu tərəfindən həyata keçirildiyinin iddiası vardır.
Britaniya kral ailəsinin bir üzvünün ABŞ-dakı hərəkətlərinin “bizi şoka” saldığı da deyilir.
Wikileaks hesab edir ki, sənədlərin açıqlanması müharibələr, işgəncələr və İraqda 15 min mülkinin öldürülməsi kimi məsələlərə işıq salmaqla cəmiyyətə xeyir gətirir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*