Home » Beynəlxalq, Siyasət, Ümumi » “Wikileaks”-in rəhbəri BBC-yə açıqlama verdi

“Wikileaks”-in rəhbəri BBC-yə açıqlama verdi

“Wikileaks” vebsaytın təsisçisi Culian Assanj BBC-yə deyib ki, Britaniyadan İsveçə ekstradisiya edilməsinə ona görə müqavimət göstərir ki, orada üzlələşəcəyi məhdudiyyətlər təbii ədalətli qərarın müəyyən edilməsinə mane olacaq.

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Cənab Assanj deyib ki, onu cinsi zorakılıqda ittiham etmiş qadınlar şikayət etmək əvəzinə əvvəlcə məsləhət almaq üçün İsveç polisinə müraciət ediblər.
O, əlavə edib ki, İsveçə göndərilsə, onun ətraf aləmlə əlaqəsi kəsiləcək və vəkilinə ona qarşı irəli sürülən dəlillər barədə açıq danışmaq qadağan olunacaq.
Assanj israr edib ki, amerikalı diplomatların məktublarının dərc edilməsi təhlükə kəsb etmir və siyasi islahatların həyata keçirilməsini sürətləndirir.
Britaniyada zaminə buraxılma əsasında qaldığı evdə BBC-nin Today proqramına müsahibə verən Assanj deyib:
“Mənə İsveçə qayıtmaq lazım deyil. Qanuna əsasən mənim müəyyən hüquqlarım var. Bu o deməkdir ki, mən Yer kürəsinin müxtəlif yerlərindən peyda olan və mənimlə danışmaq istəyən müstəntiqlərə yox deyə bilərəm.
Onlar xahiş ediblər ki, mən güclə İsveçə aparılım və orada olarkən hamıdan təcrid edilim.
Belə şəraitdə ədalət gözləmək olmaz. “
Assanj təkid edib ki, açıqlamalar “şəffaflıq metodu ilə ədalətin yayılmasına” xidmət edir.
“Dünyada islahat aparılmalı çoxlu problemlər var. Həyat insana bir dəfə verilir.
“Hər bir insan buna görə problemləri həll etmək üçün nəsə etməlidir. Əgər yaxşı adamsansa onda yaşadığın mühitin nöqsanlarını aradan qaldırmaq üçün addım atmağa borclusan.”
Assanj deyib ki, Wikileaks artıq çoxlu faydalı işlər görüb:
“Siyasi islahatların tədricən başlamış olduğunu dərhal görmək çətindir. Lakin artıq biz hökumətləri dəyişmişik.
Ən azı hökumətlərin daxilində bəzi siyasi fiqurları dəyişə bilmişik.
Biz yeni qanun isalahatlarına təkan vermişik. Biz baş vermiş pozuntular barədə polis istintaqına başlanılmasına səbəb olmuşuq.”
“Bundan spnra diplomatlar səmimi rəylərini kağıza köçürməkdən ehtiyat etməzlərmi?” sualına cavabında Assanj deyib:
“Yox, sadəcə bundan sonra onlar kağıza fəxr edə biləcəkləri sözləri köçürəcəklər.”
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*