Home » Beynəlxalq, Siyasət, Ümumi » “Wikileaks” Dağlıq Qarabağ danışıqları barədə yazdı

“Wikileaks” Dağlıq Qarabağ danışıqları barədə yazdı

Bu dəfəki açıqlamalar Fransa xarici işlər nazirinin Avropa işləri üzrə köməkçisi Rolan Qalarjın (Roland Galharague) Dağlıq Qarabağ nizamlanması barədə dediklərinə əsaslanır. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,sənəd ABŞ-ın Fransadakı səfirliyinin siyasi müşaviri Endryu Yanq (Andrew Young) tərəfindən hazırlanıb.

Sənədə əsasən qeyd olunur ki, bir sıra müzakirələrdə Fransa xarici işlər nazirinin köməkçisi Avropa işləri üzrə Rolan Qalarj Dağlıq Qarabağ danışıqlarının gələcəyi ilə bağlı öz bədbinliyini bildirib.
C-b Qalarjın təbirincə, DQ danışıqları dalandadır və Minsk Qrupu da hələlik nəticə əldə edə bilməyib.
O əlavə edib ki, « Fransa höküməti ermənilərə təzyiq etmək imkanında deyil, çünki erməni mənşəli Fransa vətəndaşları 5000 minə qədər seçicini təmsil edir. Yerli seçkilər isə Fransada mart ayında keçiriləcək”.
Onun sözlərinə görə, Qafqaz regionuna tezliklə digər amillər də təsir göstərə bilər, o cümlədən, İrandakı qeyri sabitlik də.
Sənəddə deyilir ki, Azərbaycan, Ermənistan və Türkmənistanın İran ilə mühüm ticarət və enerji əlaqələri var, və İrana qarşı sanksiyalar bu əlaqələrə birbaşa təsir göstərə bilər.
Eyni zamanda qeyd olunur ki, BMT-nin İrana qarşı sərt sanksiyalar tətbiq etmək niyyəti, sözü gedən ölkələrlə onların İrana yanaşma tərzini müzakirə etməyə imkan verir.
Xatırladaq ki “Wikileaks” saytı ABŞ diplomatik kanaları ilə son illər ərzində getmiş yazışmalara aid sənədlər dərc etməkdədir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*