Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Vüqar Bayramov : Sosial ipoteka kreditləri üzrə faiz dərəcələri 2 faizə qədər azaldılacaq

Vüqar Bayramov : Sosial ipoteka kreditləri üzrə faiz dərəcələri 2 faizə qədər azaldılacaq

Sentyabr ayında ipoteka kreditlərinin şərtləri təkmilləşdirilə bilər. AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov açıqlamasında bildirib. O, həmçinin qeyd edib ki, dəyişiklilər sosial ipoteka faizlərinin aşağı salınması və bu kreditlərdən yararlanan kateqoriyanın tərkibinin genişləndirilməsi ilə müşayət olunacaq:”Hökümətdə razılaşdırılmış layihəyə əsasən sentyabr ayında sosial ipoteka kreditləri üzrə faiz dərəcələri 4 faizdən 2 faizə qədər azaldılacaq.Eyni zamanda kreditlərdən təkcə gənc ailələrin deyil, subay gənclərin də faydalanması, maksimum məbləğin artırılması planlaşdırılır”.
Bütövlükdə bank sektorunda faizlərin aşağı düşməsinin müşahidə olunduğunu vurğulayan iqtisadçı bildirir ki, depozitlər üzrə illik maksimum məbləq artıq 8 faiz təşkil edir: “Eyni zamanda kommersiya bankları tərəfindən ipoteka kreditləri 10-12 faizlə təklif olunur. Belə halda adi ipoteka kreditlərinin 8 faizlə təklif edilməsi sistemin səmərəli işləməsinə imkan vermir. Düzdür, Mərkəzi Bank adi ipoteka kreditlərinin şərtlərinə dəyişikliklərin planlaşdırılmadığını söyləyir. Lakin adi ipoteka kreditlərinin şərtlərinə yenidən baxılması,faizlərin dəyişdirilməsi vacibdir. Xüsusən Mərkəzi Bankın diqtə etdiyi prosedurun artıq kredit bazarı tərəfindən də diqtə olunduğu şəraitdə”.
V.Bayramov hesab edir ki, kredit bazarında faizlərin aşağı düşməsi fonunda adi ipoteka kreditlərinin 8 faiz intervalında qalması kreditləşmənin effektivliyinə təsir göstərir: “Sentyabrda adi ipoteka kreditləri üzrə maksimum məbləğ artırılmasa da kredit bazarındakı vəziyyətə uyğun faizlərin dəyişdiriləcəyi güman olunur”.
Iqtisadçi sentyabrdan ipoteka kreditləşməsində elektron hökümətin elementlərindən istifadə ediləcəyini istisna etmir: “Tələb olunan sənədlərin sayının azaldılması istiqamətində addımların atılacağı proqnozlaşdırılır. Gözlənilə dəyişikliklər kreditləşmə sisteminə marağın artmasına gətirib çıxara bilər. Əslində müvəkkil banklarda kreditlərin verilişinin səngiməsi də bankların sentyabrda tətbiq olunacaq yeni qaydalarla bağlı gözləntilərindən irəli gəlir. Hazırkı şərtlərlə ipoteka kreditlərinin verilməsi riskləri artırır”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*