Home » Beynəlxalq, Siyasət, Ümumi » Vladimir Putin yenidən Rusiyanın prezidenti oldu

Vladimir Putin yenidən Rusiyanın prezidenti oldu

AgahMedia.Com informasiya portalının İ TV-yə istinadən məlumatına görə, Rusiya Mərkəzi Seçki Komissiyası bildirir ki, hesablanan bülletenlərin 99,3%-nin nəticələrinə görə, Vahid Rusiya partiyasının lideri Vladimir Putin seçicilərin 63,75%-nin səsini toplayaraq qələbə qazanıb. MSK-nın açıqlamasına əsasən ikinci yerdə 17,19% səslə Kommunist Partiyasının sədri Gennadiy Züqanov, üçüncü yerdə 7,82% səslə müstəqil namizəd,sahibkar Mixail Proxorovdur. Liberal Demokratların rəhbəri Vladimir Jirinovski 6,23%, Ədalətli Rusiyanın rəhbəri Serqey Mironov isə 3,85% səs toplayıb. Rusiyanın müxtəlif yerlərində Vladimir Putinə dəstək mitinqləri keçirilib. Paytaxt Moskvada Manej meydanındakı dəstək mitinqinə qatılan Vladimir Putinə seçkilərdə növbəti 6 il üçün ona etimad edən Rusiya vətəndaşlarına dəfələrlə öz minnətdarlığını bildirib. Növbəti 6 ildə ölkəni idarə edəcək yeni prezident göz yaşlarına hakim ola bilməyib. “Əziz dostlar!Mən hər şeydən əvvəl Rusiyanın bütün vətəndaşlarına seçkidə iştirak etdiklərinə görə minnətdaram. Bura toplaşan hər kəsə də təşəkkürümü bildirirəm. Mən sizə söz vermişdim ki, biz qələbə qazanacağıq. Biz şəffaf,ədalətli seçki nəticəsində qələbə qazandıq. Bu qələbə hər birimizə, ölkəmizə çox lazımdır. Və biz bu qələbəni heç kəsə verməyəcəyik. Elə deyil?”
Manej meydanına Vladimir Putinlə birlikdə gələn hazırkı dövlət başçısı Dmitri Medvedev də seçicilərə minnətdarlıq edib. “Bu gün çox gözəl bir gündür. Bu gün burda bizimlə olduğunuz və bizim namizədimizi dəstəklədiyiniz üçün təşəkkür edirəm.”
Putinin seçkidə rəqbilərindən biri Kommunist Partiyasının sədri Gennadiy Züqanov onu təbrik etməyib. Kommunist Partiyasının rəhbəri seçkinin ədalətsiz olduğunu bildirib. “Ədalətli seçki müxalifətlə dialoq və bütün namizədlərin hüquqlarının qorunması, eyni şəraitin yaradılması ilə mümkündür. Bu dəfəki seçki zamanı bütün dövlət mexanizmi bir namizəd üçün işlədi. Buna görə də seçkini ədalətsiz sayır, nəticələrini qəbul etmirik. Buna görə də onu təbrik etməyə heç bir əsas görmürəm. Bu seçkidə bütün Rusiya uduzdu. ”
Vladimir Putinin digər rəqibləri isə onu təbrik edib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*