Home » Beynəlxalq, Siyasət, Ümumi » Vikiliksin sahibi Assanj 1 həftə həbsdə qalacaq

Vikiliksin sahibi Assanj 1 həftə həbsdə qalacaq

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,London məhkəməsi Vikiliks internet saytının təsisatçısı Culian Assanjın dekabrın 14-ə kimi təcridxanada qalmasına dair hökm çıxarıb.

Onu zaminə buraxmaq xahişi rədd edilib. Britaniya polisinə əsasən, cənab Assanj Avropa Həbs Orderinə əsasən təyin edilmiş yerə gələrək könüllü həbs olunub. İsveç zorlama iddiaları ilə bağlı onun şahid qismində ölkəyə gətirilməsini istəyir.
Vikiliksin son həftə ərzində açıqladığı diplomat məktubları ABŞ hökumətini qəzəbləndirib və ütandırıcı vəziyyətə salıb.
Bundan əvvəl Assanjın vəkillərindən biri demişdi ki, Vikiliksdə “termo-nüvə” effekti verə biləcək şok açıqlamalar var və Assanj həyatına və ya saytına təhlükə yaranarsa onları açıqlamağı planlaşdırır.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*