Home » Beynəlxalq, Siyasət, Ümumi » “Vikiliks rəqəmsal qaçqına çevrilməkdədir”

“Vikiliks rəqəmsal qaçqına çevrilməkdədir”

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,texnologiyalar üzrə jurnalist Kevin Anderson deyir ki, xidmətdən imtina adlı hücumlar zamanı, nəhəng sayda istifadəçi nəqliyyatı bir domenə yönəldilir.

Nəticədə, təkcə Vikiliks yox, ona sahiblik edən domen şirkətin bütün saytları dondurulur. Buna görə də, həmin şirkət Vikiliksi bağlamalı olub. Yəni, istifadəçilərin bir çoxu özləri istəmədən belə Vikiliksə göndərilirlər, sayt belə nəhəng sayda istifadəçiyə dözə bilmir və donur. Buna görə, biznesinə ziyan dəyməsin deyə, domen şirkəti vikiliksi neytrallaşdıra bilər. Çünki onun hostinq etdiyi yüz minlərlə sayt, bu səbəbdən yararsız hala düşürdü. Özü də belə hücumların müəlliflərini aşkar etmək çox çətindir. Bunlar həm hökumətlər, həm də adı çəkilən ölkələrdə, patriotik xakerlər kimi tanınan şəxslər ola bilər.
Sual:İndi Vikiliks İsveçrədə yeni domen tapıb. Bu onu yeni hücumlardan müdafiə edə biləcəkmi?
Yox, etməyəcək, bu səhər bir nəfər dedi ki, əvvəlcə Amazon Vikiliksi qovladı, indi bu şirkət. Vikiliks artıq bir növ rəqəmsal qaçqına çevrilməkdədir.
Amma Vikiliksdə sonda yalnız bir domen yox, bir neçəsində yerləşməkdə bir zərbə ilə qapadılmaq təhlükəsini azaldacaq.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*