Home » Siyasət, Sosial, Ümumi » Mili Məclis “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklər etdi

Mili Məclis “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklər etdi

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Azerbaycan_Milli_Meclisi

Mayın 30-da respublika parlamenti “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər edib. AgahMedia.Com informasiya portalının “Mediaforum”a istinadən məlumatına görə, qanunun 5-ci maddəsinə əlavə edilən yeni hissəyə görə, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

6-cı maddənin birinci hissəsi ləğv edilib, Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərin siyahısından doğum haqqında şəhadətnamə çıxarılıb.

Qanunun 10-cu maddəsinə yeni əlavə olunan ikinci hissədə bildirilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qanunun 12-ci maddəsində dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyninin vətəndaşlığı olmayan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.

Qanunun 18-ci maddəsinin (Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi) mətni də dəyişdirilib. Layihəyə görə, Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi üçün bunlar əsas hesab edilə bilər:

1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;

2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;

3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;

4) Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*