Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Vergilər naziri supermarketlərin ƏDV məsələsinə münasibət bildirdi

Vergilər naziri supermarketlərin ƏDV məsələsinə münasibət bildirdi

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Fazil_Memmedov

Vergilər naziri Fazil Məmmədov ticarət şəbəkələrinin (supermarket) əlavə dəyər vergisi (ƏDV) üzrə vergi güzəştləri ilə bağlı təkliflərinə münasibət bildirib.

AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, nazir bildirib ki, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz: “Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır? Kənd təsərrüfatı məhsullarının 95-98 faizi bazarlarda, yerdə qalan hissəsi isə marketlərdə satılır. Ona görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz. Bu, mümkün deyil. Təkrar edirəm, kənd təsərrüfatı məhsullarının 98 faizi bazarlarda satılır. Bazarlarda isə nə ƏDV var, nə də sadələşdirilmiş vergi”.

Xatırladaq ki, iri supermarket şəbəkələrinin rəhbərləri İqtisadiyyat Nazirliyinə müraciət edərək, respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürüblər. İqtisadiyyat Nazirliyindən isə bildirilmişdi ki, bu məsələyə Vergilər Nazirliyi ilə birlikdə baxılır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*