Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Siyasət, Ümumi » Varlıların gəlir vergisinin artırılması gözlənilir

Varlıların gəlir vergisinin artırılması gözlənilir

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, ABŞ Prezidenti Barak Obama hər il 1 milyon dollardan artıq gəlir əldə edən çox varlı Amerika vətəndaşlarının gəlir vergisini artırmaq niyyətindədir.
Bununla cənab Obama müxtəlif gəlirli əhalinin gəlir vergisini bərabərləşdirmək istəyir.
Bundan öncə Konqresə yeni iş yerlərinin yaradılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Bu qanunun həyata keçirilməsi üçün lazım olan 447 milyard dolları prezident məhz varlı amerikalıların vergisi sayəsində əldə etmək istəyir.
Cənab Obamanın vergi təkliflərinə çox güman ki, “Baffet qanunları” adı veriləcək. Çünki tanınmış milyarder və sərmayəçi Uorren Baffet düşünür ki, hazırkı vergi qanunvericiliyindəki boşluqlar varlılara digər insanlardan daha az vergi ödəmək imkanı yaradır. Bu isə ona görə baş verir ki, sərmayələrdən əldə olunan gəlirlərdən, maaşlarla müqayisədə daha az vergi ödənir.
Prezidentin təkliflərinin Konqresdə müqavimətlə qarşılanacağı gözlənilir. Respublikaçılar vergilərin artırılmasına dair istənilən təklifin əleyhinə çıxacaqlarını deyiblər.
ABŞ-da işsizliyin səviyyəsi 9 faizdən yuxarı olaraq qalır. Bu ilin sonunadək işsizlik azalmasa, cənab Obamanın gələn il yenidən prezident seçilmək şansları çox olmayacaq.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*