Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Ümumi » Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edildi

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edir.

Vakant vəzifələr haqqında ətraflı məlumat linki >>>  http://csc.gov.az/aze/index.php?option=com_content&view=article&id=3128&Itemid=445&lang=az

AgahMedia.Com informasiya portalının Komissiyanın rəsmi saytına istinadən məlumatına görə, müsabiqədə iştirak etmək üçün vətəndaşlar 26 sentyabr 2014-cü il tarixdən 27 oktyabr 2014-cü il tarixdə saat 18:00-dək, ümumi müsahibədə iştirak etmək istəyənlər isə 26 sentyabr 2014-cü il tarixdən 15 oktyabr 2014-cü il tarixdə saat 18:00-dək Komissiyaya aşağıdakı kimi müraciət edə bilərlər:

Komissiyanın elektron xidmətlər bölməsində olan “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti vasitəsilə elektron qaydada – MÜSABİQƏ üçün;
Komissiyanın Elektron hökumət portalında olan “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti vasitəsilə elektron qaydada – MÜSABİQƏ üçün
şəxsən “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə ünvanında kağız daşıyıcılarla – MÜSABİQƏ üçün;
poçt vasitəsilə “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı yuxarıda göstərilən müddət ərzində kağız daşıyıcılarla AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə ünvanına göndərməklə – MÜSABİQƏ üçün.

Əlaqə vasitələri: E-poçt: exidmet@csc.gov.az , Telefon:(012) 465-87-93 (#202, #203, #467, #470,#124, #127, #128), (012) 465-34-71 (qaynar xətt).

2014-cü ilin məzunlarının nəzərinə!
Ali məktəbi 2014-cü ildə bitirən məzunlar dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqədə namizədliklərinin qeydə alınması üçün “Ali məktəbi bitirmək haqqında arayışı” şəxsən Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməlidirlər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*