Home » Sosial, Təhsil sektoru, Ümumi » Universitetlərin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulun nəticələri …

Universitetlərin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulun nəticələri …

AgahMedia.Com informasiya portalının Dövlət İmtahan Mərkəzindən (DİM) aldığı məlumata görə, 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulun nəticələri  21.08.2017 tarixində elan olunub.

Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11-illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə aparılan müsabiqənin nəticələrinin Dövlət İmtahan Mərkəzinin rəsmi saytındakı linki >>> https://eservices.dim.gov.az/netbakmus2/

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 14875 abituriyent ixtisas seçimi edib.

“Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 621 nəfər (o cümlədən 14 nəfər dövlət sifarişi əsasında), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 7806 nəfər qəbul olub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında dərc olunacaqdır.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 22-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.”

Qeyd: Əgər, “Facebook” istifadəçisisinizsə, AgahMedia.Com informasiya portalının rəsmi “Facebook” səhifəsini bəyənməklə (Like etməklə) paylaşımlarımızı “Facebook”da da izləyə bilərsiniz…

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*