Home » Sosial, Təhsil sektoru, Ümumi » Universitetlərə ilk qəbul imtahanlarının keçirilmə tarixləri məlum oldu…

Universitetlərə ilk qəbul imtahanlarının keçirilmə tarixləri məlum oldu…

2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanlarının tarixləri müəyyən olunmuşdur.

AgahMedia.Com informasiya portalının Dövlət İmtahan Mərkəzindən aldığı məlumata görə, II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcəkdir.
Bu imtahanlarda “Abituriyentin elektron ərizəsi” formasını təsdiq edən və orada yazda keçiriləcək imtahanda iştirak etmək istədiyini qeyd edən abituriyentlər iştirak edə bilərlər. Abituriyentlər imtahanların keçirilməsinə 5 gün qalmış DİM-in rəsmi saytından “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Burada imtahanının keçiriləcəyi yer, saat və digər zəruri məlumatlar öz əksini tapacaqdır.

Əgər, “Facebook” istifadəçisisinizsə, AgahMedia.Com informasiya portalının rəsmi “Facebook”səhifəsini bəyənməklə (Like etməklə) paylaşımlarımızı “Facebook”da da izləyə bilərsiniz…

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

One Response to Universitetlərə ilk qəbul imtahanlarının keçirilmə tarixləri məlum oldu…

  1. 5 ci qrup ne vaxt imtahan verecek ve imtahan vereqesenin kodunu hardan elde edecek bu ilki mezunam

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*