Home » Bölgələr, Sosial, Təhsil sektoru, Ümumi » Ümumtəhsil məktəblərindəki yeni vakant yerlərə seçim elan edildi


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Ümumtəhsil məktəblərindəki yeni vakant yerlərə seçim elan edildi

AgahMedia.Com informasiya portalının Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə,Təhsil Nazirliyi 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplamış, lakin işə qəbul olunmamış şəxslər üçün ümumtəhsil məktəblərindəki yeni vakant yerlərə seçim elan edir.
Müvafiq namizədlər 22-26 noyabr 2013-cü il tarixlərində Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” banerindən (www.edu.gov.az/view.php?lang=az&menu=391&id=4084) “Şəxsi səhifə”yə daxil olaraq (kod və parol vasitəsilə) uyğun ixtisas üzrə təklif olunan vakant yerlərdən ən çoxu 4-nü seçə və təsdiqləyə bilərlər.
Vakant yerlərin seçimi 26 noyabr 2013-cü il tarixdə saat 18:00-da başa çatacaq, yerləşdirmə aparılacaq və nəticəsi dərhal hər bir namizədin “Şəxsi səhifə”sinə göndəriləcəkdir.
Vakant yer tutan namizədlər “Şəxsi səhifə”də göstərilən vaxtda və yerdə müsahibədən keçdikdən sonra onların işə qəbulu barədə qərar qəbul ediləcəkdir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*