Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Twitter telereytinqləri müəyyənləşdirəcək

Twitter telereytinqləri müəyyənləşdirəcək

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, “Twitter”in rəsmi bloqunda xəbər verilib ki, “Twitter” mikrobloq xidməti telereytinqlərin ölçülməsi ilə məşğul olan “Nielsən” şirkəti ilə tərəfdaşlıq sazişi imzalayıb. Nielsen Twitter TV Rating (“Nielsen Twitter telereytinqi”) adlı standartlaşdırılmış ölçü sistemi bütünlüklə Twitterdən alınmış məlumatlara əsaslanacaqdır. Sistem mikrobloqlarda teleproqramların müzakirəsini izləyəcək, proqramları xatırlatmaqla tvitləri və sosial şəbəkədə bu diskussiyanı oxuya bilən istifadəçilərin sayını hesablayacaqdır. Sistem təkcə proqramın işarələrini deyil, həm də istifadəçilərin ona verdiyi qiymətləri nəzərə alacaqdır.
Nielsen saytında xəbər verilir ki, “Nielsen Twitter telereytinqi” ABŞ-da 234 ingilis və ispan dilli kanalda reytinqləri izləyəcəkdir. Sistem 36 mindən çox verilişi əhatə edəcəkdir. Sonra “Nielsen Twitter telereytinqi”nin məlumatları mövcud Nielsen ölçü sisteminin məlumatları ilə toplanacaqdır.
Nielsen saytı Beynəlxalq məhsul və reklam şöbəsinin prezidenti Stiv Xaskerin bu sözlərini sitat gətirir: “Media ölçülərində lider kimi, biz başa düşürük ki, Twitter real vaxtda telebaxış haqqında informasiya toplanması üzrə birinci dərəcəli mənbədir”.
Qeyd edək ki, Twitter mikrobloq xidməti 2006-cı ildə yaranmışdır. Hazırda xidmətin 500 milyondan çox istifadəçisi vardır.
Nielsen ABŞ-da teleölçülər sahəsində liderlərdən biridir. Şirkət telebaxış haqqında məlumatları iki üsulla toplayır: teleauditoriya yazılarının köməyi ilə və televizora quraşdırılmış və bütün ailənin üstünlük verdiyi televiziya verilişlərini hesablayan xüsusi qurğuların köməyi ilə.
Twitter öz teleölçülərində həmçinin, Yaponiyanın Video Research şirkətindən də istifadə etmək niyyətindədir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*