Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Twitter seriallar göstərməyə hazırlaşır

Twitter seriallar göstərməyə hazırlaşır

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, “AdWeek” xəbər verir ki, “Twitter” xidməti saytda bir neçə maraqlı serial göstərmək üçün Hollivudun bir çox prodüserləri ilə əməkdaşlıq barədə danışıqlar aparır. Seriallar mikrobloqlarda istifadəçilərlə qarşılıqlı əlaqə yarada biləcək bir çox reklamverənlərlə müzakirə edilir.
Yalnız 4 milyon dollardan çox vəsait qoyan iri biznes-tərəfdaşlar maraq doğura bilər.
Bu ilin payızında artıq ilk belə layihə baş tuta bilər. Lakin Twitter nəyisə şərh etməkdən boyun qaçırır. Nəşr həmçinin bildirir ki, bu layihə üzərində MTV-də “Hollivud təpəlikləri” serialının prodüserlərindən biri çalışır. Serialların hamısını iyun ayında NASCAR-la olduğu kimi, hər hansı bir səhifədə yerləşdirmək planlaşdırılır. Video tvitlər vasitəsilə hərəkət edə bilər.
Twitter xidmətinin özü qısa məlumatlar yazmaq üçün düşünülmüşdü. Lakin tədricən istifadəçilərin videolentlərə və müxtəlif təsvirlərə baxmaq, daha sonra müxtəlif saytlardan xəbərlərə nəzər salmaq imkanı yaranmışdır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*