Home » Şou biznes və Mədəniyyət, Texno, Ümumi » Twitter musiqi servisini istifadəyə verdi


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Twitter musiqi servisini istifadəyə verdi

AgahMedia.Com informasiya portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, “Twitter” mikrobloqlar servisi istifadəçinin abunəçi siyahısı əsasında musiqi təqdim edən Twitter#music musiqi servisini istifadəyə verib.
Lenta.ru bildirir ki, proqramın interfeysi “Populyar”, “Populyarlaşmaqda olan”, “Tövsiyə olunan” və “Hazırda səsləndirilən” kimi dörd tab-vərəqəni nəzərdə tutur. Onların ilk ikisi Twitter-in istifadəçiləri tərəfindən hansı musiqi və ifaçıların tez-tez sadalandığını göstərir. “Tövsiyə olunan” tab-vərəqəsi istifadəçinin dostlarının və Twitter-də oxuduğu müğənnilərin dinlədikləri musiqini tövsiyə edir. “Hazırda səsləndirilən” bölmə dostlar tərəfindən #NowPlaying heşteqi ilə yerləşdirilən musiqiləri nümayiş etdirir.
Twitter #music iTunes, Rdio və Spotify musiqi servisləri ilə inteqrasiya edilib.
Əlavədən hələlik yalnız iOS əməliyyat sistemi əsasında işləyən qurğular və music.twitter.com saytından veb-versiya şəklində yararlanmaq mümkündür.
Twitter #music servisi şirkətin bir neçə müddət əvvəl satın aldığı “We Are Hunted” musiqi portalı əsasında hazırlanıb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*