Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Bu il min nəfərə yaxın Azərbaycan vətəndaşı Türkiyədə ev alıb…
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Bu il min nəfərə yaxın Azərbaycan vətəndaşı Türkiyədə ev alıb…

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın 940 vətəndaşı Türkiyədə əmlaka sahib olub.
AgahMedia.Com informasiya portalının Report.Az resursuna istinadən məlumatına görə, Türkiyənin Statistika İdarəsindən bildirilib ki, bu, ötən ilin 10 ayı ilə müqayisədə 151 mənzil və ya 19,14% çoxdur.
Bu ilin oktyabr ayında isə Azərbaycanın 117 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 101 mənzil və ya 36,33% azdır.

Qeyd edək ki, ümumilikdə isə bu ilin yanvar-oktyabr aylarında isə 30 712 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 12 636 ədəd və 69,90% çoxdur. Ötən ay isə Türkiyədə 6 327 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2017-ci ilin oktyabr ayı ilə müqayisədə 3 633 ədəd və ya 2,35 dəfə çoxdur.

Ən çox mənzil alan xarici vətəndaş arasında İraqlılardır. Oktyabrda iraqlılar 1 439, bu ilin on ayında isə 6 305 mənzil əldə ediblər. Sonrakı yeri İranlılar tutur. Bu ölkənin vətəndaşları oktyabrda 557, yanvar-oktyabr aylarında isə 2 754 mənzil satın alıblar. İlk üçlüyü isə Səudiyyə Ərəbistanı tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 332 mənzil, bu il ərzində isə 2 217 mənzil əldə ediblər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*