AgahMedia.Com

Agah olmaq və agah etmək bizim işimizdir…

İlk Səhifə  Haqqımızda   Valyuta kursu   Sosial

Biznes sfera və iqtisadiyyat   Webkataloq   Bizimlə əlaqə

 Dashinnmaz emlaklarin alqi-satqi elanlari kategorisinde Bakı Absheron ve diger erazilerde satiliq kupcali evler torpaqlar ve obyektler
Türkiyəyə milyonlarla dollar qazandıran teleseriallar…
23/01/2016 Beynəlxalq

AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, Türkiyə türk respublikalarına serial ixracına 2001-ci ildə başlayıb. Sonradan Yaxın Şərqdən Latın Amerikası ölkələrinə qədər serial satıb.

“Bloomberg” xəbər verir ki, 2014-cü ildə Türkiyənin bu sahədən qazancı 200 milyon dollar, 2015-ci ildə 250 milyon dollar olub. Sektor təmsilçiləri 2016-cı ildə bu rəqəmin 300 milyon dollar olacağını proqnozlaşdırırlar.

Ssenari qıtlığı

Serial ixracatçısı “Calinos Holding”in baş direktoru Bəşir Tatlı mətbuata bildirib ki, Türkiyədə illik ortalama 70 serial istehsal edilir. Bunlardan 40-a yaxını reytinq qurbanı olaraq yayımdan çıxarılır. Yayımda qalmağı bacaranların da yalnız 10-15-i xaricdəki televiziya kanallarına satılır.

Serial istehsalındakı problemləri izah edən Tatlı bildirib ki, ssenari sarıdan çətinlik var. O bildirib ki, bir sıra seriallar xaricdəki seriallara bənzədilir: “Bu da ixraca mənfi təsir edəcək. “Sıla”, “Yaprak dökümü”, “Aşk-ı Memnu” kimi ailə dramlarını əks etdirən mövzulara təkrar qayıtmalıyıq”.

70 ölkə türk seriallarına baxır

Türk serialları Argentina, Boliviya, Çili, Kolumbiya, Uruqvay, Panama, Braziliya, Ekvador, Paraqvay, Peru, Meksika, ABŞ, Kosta Rika, Salvador, Qvatemala, Honduras, Nikaraqua, Dominikan Respublikası, Əfqanıstan, Almaniya, Albaniya, Avstriya, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Bosniya Herseqovina, Bruney Sultanlığı, Bolqarıstan, Əlcəzair, Çex Respublikası, Çin, İndoneziya, Estoniya, Mərakeş, Gürcüstan, Xorvatiya, İraq, İran, İsveç, İsveçrə, Yaponiya, Monteneqro, Qatar, Qazaxıstan, Cənubi Koreya, Kosova, Küveyt, Litva, Liviya, Latviya, Livan, Macarıstan, Makedoniya, Malayziya, Misir, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Sloveniya, Tailand, Tayvan, Tunis, Ukrayna, Omman, İordaniya, Vyetnam, Yəmən və Yunanıstana satılır.

İxrac edilən türk seriallarının adları

“Adını Feriha koydum”, “Annem”, “Arka sokaklar”, “Asi”, Aşk-ı Memnu”, “Azad”,” Benden baba olmaz”, “Berivan”, “Binbir gece”, “Bir bulut olsam”, “Bütün çocuklarım”, “Candan öte”, “Çemberimde gül Oya”, “Düğün şarkıcısı”, “Elveda derken”, “Fatmagülün suçu ne”, “Fırtına”, “Gece gündüz”, “Genco”,” Geniş zamanlar”, “Gümüş”, “Hanımın çiftliyi”, “Haziran gecesi”, “Ihlamurlar altında”, “İki aile”, “Kampüsistan”, “Kara para aşk”, “Kavak yelleri”,” Kaybolan yıllar”, “Keşanlı Ali destanı”, “Kınalı kar”, “Kod adı”,” Kurtlar vadisi”, “Kuzey Güney”, “Küçük kadınlar”, “Küçük sırlar”, “Menekşe ile Halil”, “Muhteşem yüzyıl”, “Öyle bir geçer zaman ki”, “Sağır oda”, “Sıla”, “Sonbahar”, “Türkan”, “Unutabilsem”, “Vazgeç gönlüm”, “Yaprak dökümü”, “Yılan hikayesi”, “Yol arkadaşım”, “Zoraki koca”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...
Bir cevap yazın

AgahMedia.Com Independent Media Network © 2009 - 2019 ... Bütün Hüquqlar Qorunur! Yazıların mətninə görə müəlliflər, reklam materiallarının mətninə görə sifarişçilər məsuliyyət daşıyır!... Məlumatlardan istifadə zamanı AgahMedia.Com İnformasiya Portalına istinad vacibdir!...

*