Home » Şou biznes və Mədəniyyət, Ümumi » Türkiyə “Eurovision-2013” yarışmasından imtina etdi

Türkiyə “Eurovision-2013” yarışmasından imtina etdi

TRT telekanalının rəsmi İnternet səhifəsində Türkiyənin «Eurovision-2013» Mahnı müsabiqəsində iştirak etməyəcəyi ilə ilgili açıqlama yayılıb. AgahMedia.Com informasiya portalının İ TV-yə istinadən məlumatına görə, TRT-nin yazılı açıqlamasında əsas səbəb kimi 2011-ci ildən səsvermə qaydalarında dəyişikliklər göstərilir. Belə ki, müsabiqənin qalibinin seçilməsi zamanı izləyicilərin səsvermə hüququ 50 faizə enidirilib digər 50 faiz isə münsiflərə verilib. TRT iddia edir ki, izləyici səslərinin 50 faizə endirilməsinə səbəb Almaniya, Fransa, İngiltərə, İspaniya və İtaliyanın son illərdə əldə etdiyi müvəffəqiyyətsizliyi ilə bağlıdır və bu haqsızlıqdır. Ona görə də bu ölkələr yarımfinala qatılmadan birbaşa finala vəsiqə qazanırlar. Türkiyə artıq 58-ci Eurovision müsabiqəsində iştirak etməyəcəyini bir daha bəyan edib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*