Home » Beynəlxalq, Ümumi » Türkiyə, Ukrayna və Rusiya hərbi blok yaradır

Türkiyə, Ukrayna və Rusiya hərbi blok yaradır

AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Türkiyə, Rusiya və Ukrayna birgə “Qara dəniz hərbi bloku” yaradacaq.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi İlkər Başbuğ sazişin bəndlərinə dair razılıq əldə edilməsi məqsədi ilə iyul ayında Moskvaya səfər edəcək. Avqust ayında isə üçtərəfli sazişin imzalanması nəzərdə tutulur. Qeyd edək ki, “Qara dəniz hərb bloku”nun yaradılması təşəbbüsü 2003-cü ildə ortaya çıxıb, lakin Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun hakimiyyətə gəlməsindən sonra bu plan müvəqqəti olaraq təxirə salınmışdı. Amma Ukraynada hakimiyyətə Viktor Yanukoviçin gəlməsindən sonra bu plan yenidən qüvvəyə minib və rəsmi Kiyev üçtərəfli birliyin yaradılmasına dair razılıq verib. Türkiyə ilə hərbi ittifaq Rusiyanın Aralıq dənizindəki imkanlarını artıracaq. Bununla da, Rusiya Rumıniya və Bolqarıstanın Qara dənizə olan iddialarından əl çəkməyə məcbur edə biləcək. NATO isə hələlik məsələ ilə bağlı münasibət bildirməyib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*