Home » Beynəlxalq, Siyasət, Ümumi » Türkiyə Konstitusiya dəyişikliklərini dəstəklədi


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Türkiyə Konstitusiya dəyişikliklərini dəstəklədi

Türkiyədə ümumxalq səsvermədə iştirak edənlərin 58 faizi hakim Ədalət və İnkişaf Partiyasının hazırladığı Konstitusiya dəyişikliklərinin qəbul edilməsinin lehinə səs verib.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, referendumda səsvermə hüququna malik olan vətəndaşların 77 faizi iştirak edib.Beləliklə, 26 maddəlik əlavə və dəyişikliklər paketi qəbul edilib.Baş nazir Rəcəb Tayyib Ərdoğan səsvermənin nəticələrinin məlum olmasının ardından bəyanatla çıxış etdi. Baş nazir, səsvermənin nəticələrini demokratiyanın zəfəri kimi qiymətləndirib. Ərdoğan, səsvermənin nəticələrini demokratiyanın qələbəsi adlandırıb. Tənqidçilər isə deyirlər ki, dəyişikliklər, o cümlədən məhkəmə sahəsi üzərində, AK partiyasının nüfuzunu artrımış olacaq. Səsvermənin nəticələrinə nəzər saldıqda, dəyişikliklər paketinin leyhinə səs verənlərin əsasən Anadolunun mərkəzi bölgələri, Qara dəniz, eləcə də ölkənin şərq və cənub bölgələrindən olan seçicilərdir. Dəyişikliklərə “yox” deyənlər isə ənənəvi olaraq sol yönümlü siyasi fikirlərin hakim olduğu Mərmərə, Egey və Aralıq dənizi sahillərində yaşayan vətəndaşlardır. Müşahidəçilər referendumun ortaya qoyduğu mənzərənin, Türkiyə vətəndaşlarının həyat tərzi, siyasi baxışlarını əks etdirdiyini bildirirlər. Onların fikrincə, vətəndaşların səslərin Konstitusiyaya dəyişikliklərinə münasibəti yox, vətəndaşların siyasi partiyalara münasibətini göstəricisidir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*