Home » Beynəlxalq, İdman, Ümumi » Türkiyə-İsrail böhranı futbola da təsir etdi

Türkiyə-İsrail böhranı futbola da təsir etdi

Türkiyənin 18 yaşadək futbolçulardan ibarət yığma komandası İsraildən geri çağırılıb. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Türkiyə baş nazirinin müavini və dövlət naziri Bülent Arınç bu gün saat 19:00-da və iyulun 2-də keçirilməli olan İsrail – Türkiyə yoldaşlıq görüşlərinin təxirə salındığını bildirib.

Türkiyənin U 18 yığmasının baş məşqçi Kemal Özdeşin başçılığı altında Vətənə dönəcəyi gözlənilir. Xatırladaq ki, İsrail ordusu bu gecə Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmaya hücum edib. İsrail helikopterləri gəmilərə yaxınlaşaraq atəş açıblar. İsrail televiziyalarının məlumatına görə, bundan başqa helikopterlərdən biri gəmiyə yaxınlaşıb və bir qrup əsgər iplə gəmiyə düşüb.
İnsident baş verən gəminin Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmisi olduğu bildirilir. Anadolu agentliyinin məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 30 nəfər yaralanıb. İsrail televiziyalarının məlumatına görə, hadisə nəticəsində 19 nəfər ölüb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*