Home » Beynəlxalq, Siyasət, Ümumi » Türkdilli ölkələrin müzakirə dili bundan sonra türk dili olacaq


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Türkdilli ölkələrin müzakirə dili bundan sonra türk dili olacaq

AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, Türkdilli ölkələrin müzakirə dili bundan sonra türk dili olacaq.

Zirvənin yekunu olaraq qəbul ediləcək bəyanat isə türk, Azərbaycan, qazax və qırğız dillərində yayılacaq. İndiyədək keçirilən zirvələrdə müzakirə dili isə rus və ingilis dilləri olmuşdu və qəbul edilən sənədlər isə tədbirə ev sahibliyi edən ölkənin dili ilə yanaşı, ingiliscə yayılırdı. Zirvə görüşünün yekunu olaraq Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının qurulması gözlənilir. Şuranın katibliyi İstanbulda yerləşəcək və Katibliyə rəhbərlik 3 il müddətinə Türkiyəyə həvalə olunacaq. Türkiyənin Rusiyadakı keçmiş səfiri Xəlil Axıncının isə dövlət başçılarının rəsmi təsdiqindən sonra baş katib təyin olunacağı gözlənilir. Şura 5 əsas idarədən təşkil olunacaq: Dövlət Başçıları, Xarici İşlər Nazirləri, Əməkdar Məmurlar Komitəsi, Ağsaqqallar Şurası və Katiblik. Baş katibin hər ölkədən bir köməkçisi olacaq. Ağsaqqallar Şurasında isə hər ölkəni iki üzv təmsil edəcək. Türkiyənin Ağsaqqallar Şurasındakı təmsilçilərindən birinin prezident administrasiyasının baş katibi Mustafa İsen olacağı gözlənilir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*