Home » Şou biznes və Mədəniyyət, Ümumi » Türk sənətçisi Bakıda klip çəkdirdi


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Türk sənətçisi Bakıda klip çəkdirdi

Məşhur türk müğənnisi Orxan Ölməz Bakıda klip çəkdirib.

AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, klipin rejissoru Nail Naiboğlu bildirib ki, o, azərbaycanlı rejissora müraciət edən ilk türk sənətçisidir. Dünən səhər saat 10-da başlayan çəkilişlər gecə yarısınadək davam edib. Çəkilişlər paytaxt küçələrində və şəhər otellərinin birində aparılıb.“Nəhayət türk sənətçilərindən bizə müraciət edən oldu. Deməli, bizim klipmeykerlər heç də onlardan geri qalmırlar. Bu, bütün Azərbaycan klipmeykerlərinin uğurudur”, deyə Nail Naiboğlu bildirib. 5 ildir ki, klipmeykerlik fealiyyəti ilə məşğul olan rejissor əcnəbi müğənniyə klip çəkməsini təkcə özünün deyil, digər klipmeykerlərin də uğuru sayır. Türk sənətçisinin son albomundan “Yasa dışı” mahnısına çəkilən klipin prodüsseri Pərviz Oqtayoğlu, operatoru Elmir Süleymanovdur. Klipdə Orxan Ölməzin tərəf müqabili rəqqasə Oksana Rəsulovadır. Müğənni ANS PRESS-ə açıqlamasında Bakını çox bəyəndiyini və çəkilişlərdən mənmun qaldığını söyləyib.Bütün yaradıcı heyəti azərbaycanlılardan ibarət olan “Yasa dışı” klipi Türkiyədə və ölkəmizdə yayımlanacaq.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*