Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Turizm şirkətlərində, otellərdə işləmək istəyənlərin nəzərinə!…

Turizm şirkətlərində, otellərdə işləmək istəyənlərin nəzərinə!…

Oktyabrın 28-də Turizm və Menecment Universitetinin nəzdindəki Bakı Turizm Peşə Məktəbində əmək yarmarkası keçiriləcək.
AgahMedia.Com informasiya portalının Fins.az resursuna istinadən məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, tədbir tələbə və məzunların əmək bazarına inteqrasiyasına kömək göstərmək məqsədilə planlaşdırılıb.
Nazirliyin sektor müdiri Bəxtiyar Qılınc bildirib ki, “Karyerada ilk addım” adlı əmək yarmarkasında turizm sənayesində çalışan 60-a yaxın şirkət iştirak edəcək. Onların sırasında otellər, turizm şirkətləri, istirahət mərkəzləri və digər sənaye subyektləri olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, yarmarkada Hilton otel, “ATA Travel”, AF Otel, Abşeron Otel, “Qlobeks” MMC, “Frestayl Safari Travel”, Austin Otel, İnturist Otel, “Pasaj Otel”, Bakı Bulvar Otel, Marine Plaza, “Bakı XXI Əsr” MMC, AMBASSADOR Hotel, “ELİT” MMC, “Emerald” Otel, “Sərin” Şirkəti, “Millenium” Turizm Şirkətinin iştirakı gözlənilir. Yarmarkaya çıxarılacaq vakansiyaların dəqiq sayı isə gələn həftə açıqlanacaq. Tələbə və məzunların yarmarkaya cəlb olunması isə Turizm və Menecment Universitetinə həvalə edilib. Ali məktəb əmək yarmarkası ilə bağlı məlumatların onlara çatdırılması üçün xüsusi bukletlər hazırlayıb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*