Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Şou biznes və Mədəniyyət, Ümumi » Turizm obyektlərində yoxlamalar başlanılıb

Turizm obyektlərində yoxlamalar başlanılıb

Mədəniyyət və Turizm Nazirliyi bu gündən Azərbaycanın turizm bölgələrindəki mehmanxana və mehmanxana tipli obyektlərdə yoxlamalar aparmağa başlayıb. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, nazirlikdən bildirilib ki, yoxlamaların məqsədi mehmanxana və mehmanxana tipli obyektlərin yay turizm mövsümünə hazırlıq səviyyəsini müəyyənləşdirmək, turistlərə göstərilən turizm xidmətlərinin keyfiyyətini və qiymətlərini araşdırmaqdır.
Monitorinqin nəticələrindən asılı olaraq, fəaliyyətində nöqsanlar olan turizm obyektlərinə qarşı müxtəlif tədbirlər görüləcək. Daha ciddi nöqsanları olan mehmanaxanaların hətta lisenziyaları da ləğv edilə bilər. Bununla yanaşı, monitorinqin nəticələrinə uyğun olaraq, fəaliyyətində nöqsanlar müşahidə edilən mehmenxanalarla bağlı tədbirlərin görülməsi üçün müvafiq olaraq, Səhiyyə, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinə müraciət ediləcək.Nazirlikdən yay turizm mövsümünün rəsmi açılış mərasiminin iyunun 13-də keçiriləcəyini də bildiriblər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*