Home » Sosial, Təhsil sektoru, Ümumi » TQDK Vergi orqanlarında işləmək istəyənlər üçün keçirilən imtahanın nəticələrini açıqlayıb

TQDK Vergi orqanlarında işləmək istəyənlər üçün keçirilən imtahanın nəticələrini açıqlayıb

Məlum olduğu kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Vergilər Nazirliyi ilə birgə 2012-ci il dekabrın 2-də vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanını keçirib. 3 sааt dаvam edən imtahan ərzində namizədlərə ümumilikdə 100 (80 sual hüquq və ixtisas, 10 sual informatika, 10 sual məntiqi) test tapşırığı təqdim olunmuşdur. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılırlаr.
AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, imtahanın nəticələri həmin gün-dekabrın 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) və Azərbaycan Respublikası Vergilər Nazirliyinin (www.taxes.gov.az) internet saytında yerləşdirilmişdir.
İmtahanda iştirakı nəzərdə tutulan 2138 nəfər namizədən 421nəfəri imtahanda iştirak etməmiş, 1 nəfər isə imtahan qaydaların pozduğu üçün (mobil telefon keçirməyə cəhd) imtahandan uzaqlaşdırılmışdır. İmtahanda iştirak edən 1716 nəfər namizəddən 541 nəfər müsabiqə şərtini ödəyərək ikinci mərhələyə keçmişdir.
İmtahanda ən yüksək nəticə 96 bal olmuşdur.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*