Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Təhsil sektoru, Ümumi » TQDK test tapşırıqlarının hazırlanması üçün mütəxəssislərin işə qəbuluna start verdi
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

TQDK test tapşırıqlarının hazırlanması üçün mütəxəssislərin işə qəbuluna start verdi

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_TQDK_LOGO

AgahMedia.Com informasiya portalının məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası test tapşırıqlarının hazırlanması işinə müqavilə ilə mütəxəssis qəbuluna başlayıb.
Mütəxəssisin (müqaviləçinin) funksiyaları:
Müqaviləçi ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarında TQDK tərəfindən istifadə ediləcək Test Bankı üçün test tapşırıqlarının hazırlanması prosesində müxtəlif ixtisas istiqamətləri üzrə* aşağıdakı vəzifələrdən bir və ya bir neçəsini yerinə yetirəcək:
Test tapşırıqlarını hazırlamaq;
TQDK tərəfindən təqdim edilən test tapşırıqlarının ekspertizasını həyata keçirmək;
TQDK tərəfindən təqdim edilən test tapşırıqlarını Azərbaycan dilindən rus dilinə və ya əksinə tərcümə etmək;
TQDK tərəfindən təqdim edilən test tapşırıqlarının tərcüməsinin ekspertizasını həyata keçirmək.
Müqaviləçi üçün qoyulan tələblər:
Magistr və ya daha yüksək elmi dərəcəyə (mütəxəssis olduğu sahə üzrə) malik olmaq;
Azərbaycan və rus dillərini mükəmməl bilmək (test tərcüməçiləri üçün);
Mircrosoft Office proqramlarında işləmək bacarığı;
Test tapşırıqlarının məxfiliyinin qorunmasına təminat vermək;
Komandada işləmək, tənqidi düşünmə bacarığına sahib olmaq;
İşə böyük həvəs göstərmək.

Qeyd: Müraciət edənlərin test tapşırıqlarının hazırlanması sahəsində təcrübəsinin olması arzu olunandır. Namizədlər üçün test tapşırıqlarının tərtibi, ekspertizası və tərcümə edilməsi üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.
İş qrafiki:
– Bazar ertəsi – Cümə: 9:00-18:00 (razılaşdırılmış qrafik üzrə ən azı 3 iş günü olmaqla həftədə 12 saatdan az olmayaraq);
– Şənbə: 10:00-14:00 (ehtiyac olduqda).

Vəzifə, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Maraqlanan şəxslər öz CV-lərini 2013-cü il oktyabr ayının 13-dək magistratura@tqdk.gov.az, cc: vali.huseynov@tqdk.gov.az elektron ünvanlarına mövzu hissəsində “Elan” qeyd edərək göndərməlidirlər. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

* İxtisaslaşmalar üzrə qəbul proqramlarına daxil olan fənlərin siyahısı >>> http://www.tqdk.gov.az/Doc/Proqram_fenleri.pdf

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*