Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Siyasət, Sosial, Ümumi » Torpaqdan düzgün istifadə etməməyin cərimələri kəskin artırıldı


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Torpaqdan düzgün istifadə etməməyin cərimələri kəskin artırıldı

Azəbaycada torpaqlardan istifadəyə dövlət nəzarəti gücləndirilir. AgahMedia.Com informasiya portalının Fins.Az resursuna istinadən məlumatına görə, bu barədə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulub.
Məcəllənin 88-1-ci maddəsinə edilən dəyişikliklərə görə, torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər 3000 manat cərimə edilir.
Eyni hərəkətlər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilərsə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 5000 manat cərimələnəcək.
Xatırladaq ki, indiyədək adı çəkilən pozuntulara görə cərimələr 6-35 manat arasında dəyişirdi.
Qeyd edək ki, bu dəyişikliklər “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının icrası məqsədi ilə hazırlanıb. Layihələr torpaqların, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə olunmasına görə cinayət və inzibati məsuliyyəti müəyyən edən qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*