Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Siyasət, Sosial, Ümumi » Prezidentdən torpaq sahiblərinə xəbərdarlıq…

Prezidentdən torpaq sahiblərinə xəbərdarlıq…

Azərbaycanda torpağından istifadə etməyən şəxslərə qarşı tədbirlər görülməlidir. AgahMedia.Com informasiya portalının Fins.az resursuna istinadən məlumatına görə, bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 1-ci rübünün nəticələrinə həsr olunmuş iclasında bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda istifadəsiz qalan kifayət qədər torpaq sahəsi var və hökumət buna qarşı tədbirlər görməlidir: «Mənə verilən məlumata görə, rayonlarda kifayət qədər istifadəsiz torpaq sahələri var. Biz bu məsələ ilə də ciddi məşğul olmalıyıq. Burada həm inzibati tədbirlər, eyni zamanda, stimullaşdırıcı tədbirlər görülə bilər».

Dövlət başçısı bildirib ki, torpaqları əldə edən, ancaq uzun müddətdir ki, ondan istifadə etməyən şirkətlər, insanlar özlərini daha da məsuliyyətlə aparmalıdırlar: «Əgər o torpaqlardan istifadə etmirlərsə, onda müəyyən mexanizmlər tətbiq edilməlidir. Biz imkan verə bilmərik, – hələ ki, özümüzü ərzaq məhsulları ilə tam təmin etməmişik, – bu torpaqlar uzun illər istifadəsiz qalsın. Mən bu vəzifəni də qarşıya qoyuram. Burada həm yerli, həm mərkəzi icra orqanları birgə işləməlidirlər».

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*