Home » Beynəlxalq, Ümumi » “The Telegraph”: Məhəbbətin sürəti təxminən kokainin təsir sürətinə bərabərdir

“The Telegraph”: Məhəbbətin sürəti təxminən kokainin təsir sürətinə bərabərdir

Nyu-Yorkun Sirakuza Universitetinin alimləri müəyyən ediblər ki, insan saniyənin beşdən biri qədər vaxt ərzində eşqə düşür.

“The Telegraph” qəzetinin yazdığına görə, məhəbbətin bu cür sürəti təxminən kokainin təsir sürətinə bərabərdir. Məhəbbətin ilk dalğası beynin 12 müxtəlif nöqtəsini fəallaşdırır. Bu zaman qana oksitosin, dopamin, adrenalin və vazopressin maddələr daxil olur. Qəribədir ki, bu cür hormon və neyromediatorların kombinasiyası kokainin qəbulundakl kimi stimulyasiya olunur.  AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Tədqiqatın müəlliflərindən biri olan professor Stefani Ortiqo (Stephanie Ortigue) deyir: “Sevginin elmi əsası var. Lakin bizim ürəklə və ya beyinlə sevməyimizin cavabı hələ sirr olaraq qalır. Mən deyərdim ki, hər halda ən çox beyinlə sevirik, lakin ürəyin də öz yeri var”.
Yeri gəlmişkən, tədqiqatlar, həmçinin, sübut edib ki, məhəbbətin müxtəlif növləri beynin müxtəlif hissələrinə aiddir. Məsələn, ana və uşaq arasındakı sevgiyə “məsul” olan orta beyindir. Ehtiraslı məhəbbət isə beynin koqnitiv funksiyasının “məsul” olduğu sahə ilə bağlıdır.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*