Home » Biznes sfera və iqtisadiyyat, Maraqlı, Ümumi » Telman İsmayılovun mehmanxanası “Dünyanın ən lüks oteli” seçildi


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Telman İsmayılovun mehmanxanası “Dünyanın ən lüks oteli” seçildi

Biznesmen Telman İsmayılovun Türkiyədə inşa etdirdiyi 1,5 milyard dollarlıq “Mardan Palace” mehmanxanası “Dünyanın ən yaxşı SPA Oteli” və “Dünyanın ən yaxşı Royal Suite” mükafatlarına layiq görülüb. AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, mükafat İngiltərənin paytaxtı Londonda “Turizm Oscar”ları adlandırılan “World Travel Awards 2010”da “AST” şirkətinin Türkiyə təmsilçisi Natiq Abbasova təqdim edilib. Bu mükafat uğrunda minlərə mehmanxana yarışsa da, əsas mükafat Antalyadakı “Mardan Palace” əldə edib.
Qeyd edək ki, “Mardan Palace” azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən inşa etdirilib. Mehmanxananın tikintisində 10 min kv.m qızıl, 500 min kv.m kristaldan istifadə olunub. Mehmanxanada ən ucuz otaq 485 avro, ən bahalısı isə 16 min avroya verilir. Xatırladaq ki, otelin açılışında iştirak edən 600-ə yaxın dəvətli, o cümlədən Riçard Gir, Şeron Stoun, Monika Belluci, Meray Kerri, Tom Cons kimi tanınmışlara 2 milyon dəyərində lazer şousu nümayiş etdirilmişdi.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*