Home » Maraqlı, Sosial, Ümumi » Televizora baxmaq insan ömrünü qısaldırmış…
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Televizora baxmaq insan ömrünü qısaldırmış…

Alimlər deyir ki, televiziya siqaret və köklük qədər zərərli problemdir.Araşdırmaya görə, 90 dəqiqəlik televiziya proqramı və yaxud serial insan ömrünü 33 dəqiqə azaldır. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Avstraliyada aparılan bir tədqiqat göstərib ki, 25 yaşından böyüklərdə bir saat televiziya izləmək ortalama yaş müddətini 22 dəqiqə azaldır.
Bir siqaret çəkmək isə insan ömrünü 11 dəqiqə azaldır.
Queensland Universitetində aparılan araşdırmanın müəllifi olan alimlər gündə 6 saat televiziya izləməyin insan ömrünü 5 il azaltdığını aşkar etdiklərini deyirlər.
Alimlər televiziya izləməyin siqaret və köklük qədər ciddi sağlamlıq problemi olduğuna diqqət çəkiblər.
Onlar hər gün qısa müddət idman etməyin belə insan sağlamlığına önəmli fayda verdiyini deyiblər.
“15 dəqiqəlik idman”
İdmanın insan həyatına faydası barədə daha bir araşdırma da Tayvanda aparılıb.
Alimlər bəyan edib ki, gündə 15 dəqiqə idman etməklə insanlar ömürlərini 3 il uzada və ölüm riskini yüzdə 14-ə qədər azalda bilərlər.
Nəticələri Lancet jurnalında dərc olunan araşdırma Tayvanda 400 min adam üzərində aparılıb.
Araşdırmaya görə, gündə ən azı 15 dəqiqə, həftədə isə 90 dəqiqə idman insan ömrünü 3 il uzadır.
Alimlər deyir ki, daha çox idman insan sağlamlığına daha çox töhvə verir.
15 dəqiqə əlavə idmanın isə ölüm hallarını yüzdə dörd dəfə azaltdığı bildirilir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*