Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Təhmin və Zaur” filminin təqdimatı keçiriləcək…

“Təhmin və Zaur” filminin təqdimatı keçiriləcək…

Oktyabrın 19-da “Cinemazadeh” istehsalı olan “Təhmin və Zaur” filminin qala gecəsi keçiriləcək.

AgahMedia.Com informasiya portalının məlumatına görə, 19 oktyabr saat 19:00-da “Gənclik Mall”da yerləşən “Cinema Plus” kino mərkəzində keçiriləcək təqdimatda tanınmış simaların iştirak edəcəyi bildirilir. Qala gecəsi üçün özəl bilet satışı olacaq.

Oktyabrın 19-dan etibarən filmi Bakı kinoteatrları ilə yanaşı Gəncə və Naxçıvan kinoteatrlarında da izləmək mümkün olacaq.

Komediya janrında olan bu filmdə baş rolları Elcan Rəsulov, Fərda Xudaverdiyev və Kəmalə Piriyeva canlandırır. Ekran işinin rejissoru isə Zaur Mirzəzadədir.

Filmin qala gecəsi üçün biletləri “Cinema Plus”un rəsmi saytında (http://www.cinemaplus.az) və eyni zamanda “Gənclik Mall”da yerləşən “Cinema Plus” kassalarından almaq olar.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*