Home » Sosial, Təhsil sektoru, Ümumi » Tələbə Qəbulu üzrə Dövlət Komissiyası təhsil şöbələrinə xəbərdarlıq etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası təhsil şöbələrinə xəbərdarlıq etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 10 may tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti Qaydaları”nın 4.1. bəndinə əsasən, ümumi orta təhsil səviyyəsinin istənilən sayda fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahana buraxılırlar. AgahMedia.Com portalının “Səs” informasiya agentliyinə istinadən məlumatına görə, TQDK-nın mətbuat xidmətindən bildirilib ki, bu bəndin tələblərini nəzərə alaraq, təhsil şöbələri “Şagird-məzun sistemi”ndə “İmtahana buraxılmır” kimi qeyd etdikləri şagirdlərin sənədlərini yenidən təftiş etməli, bu şagirdlərin arasında bilikləri qiymətləndirilməyən və ya imtahandan azad olunanlar varsa, onları “İmtahana buraxılmır” kateqoriyasından çıxarıb müvafiq kateqoriyaya aid etməli, imtahandan azad olunanların buraxılış ili üzrə qiymətlərini sistemə daxil etməlidir. Qeyri-kafi qiymətlərə görə “İmtahana buraxılmır” kimi qeyd edilmiş şagirdlər də bu kateqoriyadan çıxarılmalı, onların buraxılış ili üzrə qiymətləri sistemə daxil edilməlidir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*