Home » Maraqlı, Ümumi » Süni ağıl yaradıldığı iddia edildi

Süni ağıl yaradıldığı iddia edildi

Briytaniyanın “Nyu Sayentist” həftəliyi xəbər verir ki, elm bioloji orqanizmlərin analoqu kimi müstəqil şəkildə təkamül edən süni ağıl yaradıb.

Britaniyanın “Nyu Sayentist” həftəliyi yazır: “ KİV-lər, siyasətçilər və filosoflar süni ağıl yaratmağın mümkünlüyünü və gərəkliyi məsələsini müzakirə etdiyi bir zamanda, Amerikanın Miçiqan Dövlət Universitetinin bir qrup alimi intellektual həyatın yeni formasını yaratmağa müvəffəq olublar. Bu formalar “ rəqəmsal orqanizmlər” adlandırılmaqla, mürəkkəb kompyuter proqramlarının bir növüdür.Həmin elektron orqanizmlərin özlərinə məxsus DNK-ları və başlanğıc kodlarla proqramları var. AgahMedia.Com portalının İ TV -yə istinadən məlumatına görə, amerikalı alimlər həmçinin bu DNK-lara mutasiya etmək və müstəqil süni ağılın yeni xassələrini və xüsusiyyətlərini mənimsəmək qabiliyyəti də yerləşdiriblər. Məlum olub ki, “rəqəmsal orqanizmlər” buna qədər yalnız bioloji strukturlara xas olan qabiliyyətlərdən istifadə etməyi öyrəniblər. Beləliklə, bu orqanizmlərin “çoxalma prosesi “baş verib və hər yeni yaranan orqanizm daha “ağıllı” və “bacarıqlı” görünür.“Nyu Sayentist”-in sözlərinə görə, indi dünya tamamilə yeni texnoloji dövrə qədəm qoyub.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*