Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Start” Beynəlxalq Film Festivalının mükafatları təqdim olundu

“Start” Beynəlxalq Film Festivalının mükafatları təqdim olundu

Azərbaycan Kinematoqrafçılar İttifaqında Tələbə və Gənclərin VII “Start” Beynəlxalq Film Festivalının mükafatlandırma mərasimi keçirilib.

AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə ,festivalın münsiflər heyətinin sədri, rejissor Yavər Rzayev deyib ki, bu ilki festivalda Qran-pri və “Ən yaxşı cizgi filmi” nominasiyası heç bir filmə təqdim olunmayıb. Bunun səbəbini izah edən münsiflər heyətinin sədri bildirib ki, bu il festivala layiqli film qatılmayıb: “Festivalın nəticələri ilə bağlı 5 münsif arasında mübahisələr olub. Çünki bizim fikirlərimiz üst-üstə düşmürdü. Amma ümumilikdə bu festivalın nəticələrini müsbət qiymətləndirirəm. Sadəcə, gənclərə məsləhətim odur ki, filmləri çəkəndə daha ürəklə və həvəslə işləsinlər”.
AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə ,Festivalda “Ən yaxşı bədii film” nominasiyasında ukraynalı rejissor Boqdana Smirnova “Vakant yer” filminə görə, “Ən yaxşın sənədli film” nominasiyasında İranı təmsil edən Kaveh Bəhrami “Başlanğıc cığırı” filminə görə, “Ən yaxşı tələbə bədii filmi” nominasiyasında gürcüstanlı Georgi Qobaliya “Adsız bitki” filminə görə, “Ən yaxşı tələbə sənədli filmi” nominasiyasında rusiyalı Qleb Klişeviç “Dəstə” filminə görə, “Ən yaxşı sosial çarx” nominasiyasında ukraynalı Alan Ostanin “Tort” filminə görə qalib gəlib.
Münsiflər heyətinin xüsusi mükafatına Azərbaycandan “Oyan” filminə görə Vüsal Naib və “Dumanda” filminə görə Elvin Adıgözəl layiq görülüb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*